İçeriğe geç
akaturk Akademik ölçüm

Makale detayı · 2026 · article

The Reconstruction of French Humour in Turkish and Arabic Subtitles: A Comparative Analysis

Dergi Qədim Diyar Beynəlxalq Elmi Jurnal–Ancient Land International Scientific Journal
ISSN2706-6185
YÖKSİS OpenAlex
Yıl2026
Atıf0OpenAlex
Yüzdelik%67,9
FWCI0,01,00 = dünya ortalaması

Veri kaynağı ayrımı

  • YÖKSİSYÖKSİS makale kaydı
  • YÖKSİS dergi adıQədim Diyar Beynəlxalq Elmi Jurnal–Ancient Land International Scientific Journal
  • OpenAlexOpenAlex zenginleştirmesi (özet, atıf, konular)
  • Semantic Scholaratıf sayısı (OpenAlex ile birleştirilmez)

Özet

OpenAlex İngilizce

Yumor insan ünsiyyətinin geniş yayılmış və çoxqatlı bir ölçüsünü təşkil edərək sosial qarşılıqlı əlaqəni asanlaşdıran, inandırıcı diskursu gücləndirən və mədəni incəlikləri görünən edən funksiyalar yerinə yetirir. Bununla belə, yumorun tərcüməsi, xüsusilə linqvistik və mədəni baxımdan bir-birindən uzaq kontekstlər arasında köçürmə söz konusu olduqda, çoxşaxəli çətinlik sahəsi yaradır. Məqalədə fransız yumorunun, xüsusilə Astérix et Obélix: Le Combat des Chefs (Asteriks və Obeliks: Rəislərin Döyüşü) əsərində ortaya çıxdığı biçimi ilə türk və ərəb dillərinə köçürülməsi zamanı meydana çıxan çətinliklər və imkanlar araşdırılır. Asteriks və Obeliks mini-serialının təhlil obyekti kimi seçilməsi təsadüfi deyildir; əsərin zəngin verbal, vizual və mədəni yumor toxuması müxtəlif tərcümə üsullarının effektivliyini qiymətləndirmək baxımından əlverişlidir. Yumorun tərcüməsi prosesi yalnız linqvistik ekvivalentliyin təmin edilməsini deyil, eyni zamanda hədəf auditoriyanın həssaslıqlarının, mədəni istinadların və komik elementin zamanlaması ilə təqdimatına xas xüsusiyyətlərin dərindən qavranılmasını tələb edir. Tədqiqatda sözügedən əsərin türk və ərəb dillərinə tərcümələri tənqidi baxış bucağından təhlil edilir; istifadə olunan üsullar, qarşılaşılan çətinliklər və linqvistik-mədəni fərqliliklərin yumorun uğurlu köçürülməsi təsirləri müzakirə olunur. Məqalədə mənbə mətndən və onun tərcümələrindən seçilmiş yumor elementləri ehtiva edən subtitrlər üç kateqoriya üzrə araşdırılır: yumor elementləri, söz oyunları və ümumi tərcümə strategiyaları. Yumor elementlərinin təsnifatı üçün Martínez-Sierranın yumor təsnifatı modelindən istifadə olunur. Subtitrlərin təhlilində söz oyunlarının tərcüməsi üçün Delabastitanın tərcümə strategiyaları əsas götürülür; mədəniyyətə xas və dilxarici elementlər, eləcə də ümumi yumor tərcüməsi köçürmə strategiyaları isə Jan Pedersenin taksonomiyası çərçivəsində araşdırılır. Xüsusilə subtitr tərcüməsi üçün hazırlanmış və dilxarici mədəniyyətə bağlı istinadların tərcüməsində tətbiq olunmaq üçün irəli sürülmüş Pedersen strategiyaları ədəbi əsərdə mövcud olan dilxarici elementlərin tərcüməsinə tətbiq edilmişdir.

Konular

Atıflar

OpenAlex cited_by_count. WoS veya Scopus atıf sayısı değildir; o kaynaklar için ayrı kolon yoktur.

0atıfOpenAlex · cited_by_count (önbellek / veritabanı)

Yazarlar

2
  1. FATMA TÜRKMEN 1
  2. SEZER YILMAZ KIRIKKALE ÜNİVERSİTESİ 2